e-Bələdiyyə, qabaqlayıcı yanaşmanın yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə tətbiq edildiyi və elektron xidmətlərin təqdim olunduğu vətəndaş mərkəzli platformadır.
Portalda şəxsi kabinetinizə daxil olduqdan sonra "Vergi borcları" bölməsinə keçərək borclarınızı izləyə bilərsiniz.
e-Bələdiyyə portalında ödənişlər onlayn şəkildə həyata keçirilir. Portal yerli bank kartlarını və ödəniş sistemlərini dəstəkləyir.
“Digital Login” sistemi dövlət, yerli özünüidarəetmə və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir.
Yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsidir.
Binanı kirayəyə verdiyi üçün müharibə veteranı güzəşt hüququnu itirir və ona 9 manat ((60 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.
Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərə şamil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.3-cü maddəsində nəzərdə tutulmuş əmlak vergisinin hesablanması zamanı 30 manat məbləğində güzəşt tətbiq edilir, lakin torpaq vergisinin hesablanmasında pensiyaya görə güzəşt nəzərə alınmır.
Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kvadratmetrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır: (120-30) x 0,4 x 1,3 = 46.80 manat"