07 June 2023
Lökbatan bələdiyyəsi “Qaradağ Lökbatan” Futbol Klubuna formalar hazırlayıb. Lökbatan bələdiyyəsinin vəsaiti hesabına hazırlanan geyimlər komanda üzvlərinə Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən paylanılıb. Qeyd edilib ki, 16 yaş və 16 yaşdan yuxarı gənclərdən ibarət bələdiyyə komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futbol turniri keçriləcək. Lökbatan bələdiyyəsinin komandasının iştirakı nəzərə alınaraq idman ləvazimatları və vahid formanın hazırlanması üçün bələdiyyənin büdcəsindən vəsait ayrılıb.